PDF Oxu

Siyasət

  • 39

“Azərbaycan müasir beynəlxalq koordinatorlar sistemində..." konfrans

“Azərbaycan müasir beynəlxalq koordinatorlar sistemində..." konfrans

Bu gün Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qərərgahında "Azərbaycan müasir beynəlxalq koordinatorlar sistemində: diplomatik uğurlar, problemlər və perspektivlər" movzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri Musa Qasımlı, Aydın Mirzəzadə, xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev, siyasi ekspert Elman Nəsirli, Binəqədi rayon icra başçısının müavini Aygün Əliyeva və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak edib.Tədbirin mederatorluğunu həyata keçirən siyasi ekspert Elman Nəsirli konfrans iştirakçılarını salamlayaraq və onlara mövzu barədə ətraflı məlumat verib.Daha sonra konfransı açıq élan edən icra başçısının müavini Aygün Əliyeva bildirib ki, ölkəmizin uğurlu gələcəyinin təmin olunmasında Azərbaycan gəncliyinin rolu və xidməti danılmazdır: "Bugünkü tədbirin, məhz burada keçirilməsi heç də təsadüfi deyil, çünki dövlət gənclər siyasətinin ən parlaq nümayəndələri Binəqədi gəncləridir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlu xarici siyasətinin səbəbkarı Ulu Öndər Heydər Əliyevdir. Ölkədə baş verən bütün nailiyyətlərin əsasında Onun yürütdüyü düzgün siyasət dayanır. Hazırda bu uğurlu siyasi xətt president İlham Əliyev tərəfindən davam etdirilir".Azərbaycan Gənc Diplomatlar İctimai Birliyinin baş katibi Eltun İbrahimov vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada nüfuzu günü-gündən artmaqdadır: "Ölkə gənclərinin bu istiqamətdə atdığı addımlar da təqdirəlayiqdir".Millət vəkili Musa Qasımlı "Azərbaycanın xarici siyasətində varislik, innovativlik və dinamizm" adlı məruzəsində çıxışı zamanı deyib ki, Prezident İlham Əliyev xarici hərbi bazanı Azərbaycandan çıxardı və ölkəmiz hərbi baza və obyekt olmayan bir dövlətə çevrildi: "1828-ci ildən bəri Azərbaycanda başqa ölkənin hərbi bazası olub. Ölkə başçısı BMT Baş Məclisində nitq söyləyən ilk baş nazirimiz idi. İlham Əliyev Azərbaycanı BMT TŞ-ya qeyri-daimi üzv edən və onun iclasına sədrlik edən ilk dövlət adamımızdır. Dövlət başçısı Azərbaycanın xəritədə axtarılmasına son qoyan, ölkəmizin xarici bazarlara çıxışlarını təmin edən və yeni bazarlarda Azərbaycanın yerini möhkəmləndirən liderdir. Eləcə də İlham Əliyev kiçik Azərbaycanı Avropanın Enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan ölkəyə çevirən şəxsiyyətdir. Dövlət başçımızın siyasəti nəticəsində Azərbaycan tranzit-keçid ölkəsinə çevrilib və dünya siyasətində əhəmiyyəti artıb".Millət vəkili Aydın Mirzəzadə isə "Azərbaycanın enerji diplomatiyası yeni mərhələdə" adlı məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Azərbaycan dövləti sırf Azərbaycan mənafeyinə və maraqlarına əsaslanan, müstəqil milli inkişafı hədəfləyən siyasət yürüdür: "Son 10 ilin yekunlarına nəzər salsaq görərik ki, Azərbaycanda çox ciddi keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyulub. Hesab edirəm ki, bu ilk növbədə Azərbaycanın Ümummilli lider Heydər Əliyev siyasi irsinə söykənməsindən, ikincisi isə strateji istiqamətlərinin düzgün müəyyənləşdirilməsindən irəli gəlir. Son dövrlərdə Azərbaycanın bir sıra layihələri artıq beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır. "Şahdəniz – 2" neft yatağının işlənməsi ilə bağlı müqaviləni artıq XXI əsrin müqaviləsi adlandırırlar. Təbii ki, bütün bunların əldə olunmasında cənab Prezident İlham Əliyevin əməyi böyükdür. Dövlət başçısı taktikanı düzgün seçir və komanda formalaşdıra bilir. Hesab edirəm ki, son 10 il həm indiki nəsil, həm də sonradan tarixçilər tərəfindən inkişafımızın qızıl dövrü kimi yüksək qiymətləndiriləcək".XİN-in mətbuat katibi Elman Abdullayev "Azərbaycanın BMT TŞ-nın üzvü kimi fəaliyyəti və onun nəticələri" məsələsinə toxunaraq qeyd edib ki, müstəqilliyini yeni qazanan dövlət üçün qısa müddət ərzində bu təşkilata üzv olması təqdirə layiqdir: "Azərbaycan 2011-ci ilin oktyabr ayında 193 üzvdən 155-nin dəstəyini alaraq quruma qeyri-daimi üzv seçildi. Azərbaycan beynəlxalq arenada günün nəbzini tutaraq öz xeyrinə həll edə bildi. Azərbaycanın uğurlu sədrliyi təbii ki, BMT TŞ-nın tarixində silinməz iz buraxdı. 2 illik üzvlük dövrü Azərbaycan diplomatiyasında önəmli dövr idi. TŞ-nin iclaslarında Ermənistan- Azərbaycan münaqişəsini dəfələrlə qabarda bilmişik".Məlumat üçün bildirək ki, konfrans Binəqədi rayon İcra Hakimiyyəti, Prezident yanında Gənclər Fondu və Azərbaycan Gənc Diplomatlar İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.Qeyd edək ki, konfransın sonunda layihənin işində yaxından iştirak edənlər fəxri fərmanlarla təltif olunublar. Mükafat alanlar sırasında "Səs" İnternet televiziyası da olub.

sia.az

Digər xəbərlər