PDF Oxu

Siyasət

  • 25

Rafiq Cəlilov: Daşınmaz əmlakın qeydiyyatı vətəndaşların əmlak hüquqlarının təminatı və qorunması üçün mühüm bir sahədir

Rafiq Cəlilov: Daşınmaz əmlakın qeydiyyatı vətəndaşların əmlak hüquqlarının təminatı və qorunması üçün mühüm bir sahədir

"Ölkə Prezidentinin dövlət qurumları tərəfindən vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın və çevikliyin daha da artırılması barədə əlavə olaraq mühüm tapşırıqları var". Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Rafiq Cəlilov qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı sosial yönümlü sahə olduğu üçün vətəndaş müraciətlərinin operativ təminatı şəffaflıq və ictimai etimad tədbirlərinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, Komitə tərəfindən 193, 148 nömrəli qaynar xətlər əhalinin istifadəsinə verilib, qurumun rəsmi internet səhifəsində vətəndaş müraciətlərinin elektron qəbulu üçün imkanlar yaradılıb. Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qeydiyyat binaları müasir tələblərə uyğun təmir edilib və yeni binalar istifadəyə verilib.

R.Cəlilov bildirib ki, daşınmaz əmlakın qeydiyyatı vətəndaşların əmlak hüquqlarının təminatı və qorunması üçün mühüm bir sahədir: "Hazırda 16 elektron xidmətin vətəndaşların xidmətində olması qeydiyyat müddətlərinin qısaldılmasına gətirib çıxarıb. Mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxışların verilməsi 2010-2012-ci illərdə 14-18 günə başa gəlirdisə, artıq cari ildən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib".

yap.org.az

Digər xəbərlər