"Azərbaycanın Avropa istiqamətində inteqrasiyası hamı üçün aydın və heç bir mübahisə yaratmayan bir məsələdir". Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, Azərbaycan bu qitəyə Avropa dəyərlərini mənimsəmək üçün, bu dəyərləri Azərbaycana gətirmək üçün inteqrasiya edir. Onun sözlərinə görə, bunlar demokratiya, qanunun aliliyi və insan haqlarıdır.
"Lakin heç bir təşkilata, o cümlədən Avropada olan təşkilatlara bu dəyərləri öz dəyərləri kimi təqdim etmək ixtiyarı verilməməlidir. Yəni Azərbaycanın Avropaya inteqrasiyası hansısa beynəlxalq təşkilatla əlaqələr qurmaq naminə deyil, məhz Avropa dəyərlərini mənimsəmək və həmin sivil ölkələrdə qəbul olunmuş beynəlxalq qanunları, demokratiyanı, insan haqlarını Azərbaycanda yüksək səviyyədə tətbiq etmək üçündür"- deyə, komitə sədri vurğulayıb".
yap.org.az