"Zaur Həsənovun vəfatı xəbəri hər bir vətəndaşımız kimi məni də sarsıtdı. Dövlət başçısının məsələyə həssaslıqla yanaşması və Qarabağ qazisinin həyatda qalması üçün birbaşa Səhiyyə Nazirliyinə göstərişlər verməsi bir daha hər bir Azərbaycan vətəndaşına göstərilən diqqət və qayğını sübut etdi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.O, qeyd edib ki, Allah heç bir insanın özünə qəsd etməsini buyurmur, təəssüf ki, bu hadisə baş verib: "Ayrı-ayrı qüvvələr, siyasi qurumlar bu hadisəni siyasiləşdirərək öz məqsədləri üçün istifadə etmək istəyirlər. Bir insanın hüznü üzərində şəxsi ambisyalarını həyata keçirmək üçün çalışmaları yolverilməzdir. Hadisədən "bəhrələnərək" çağırışlar edərək insanları aksiyalara təhrik etmələri insanlığa sığmayan bir hərəkətlərdir. Zaur Həsənovun ölümünə səbəb olan məsələlər, onun ölümünə zəmin yaradan şəxslər qanuni şəkildə araşdırılacaq və yekun qərara gəlinəcək".
sia.az