PDF Oxu

Siyasət

  • 28

Jalə Əliyeva: “Mərhumun atasının bu hadisəni siyasiləşdirənlərə çağırış etməsini vətəndaş məsuliyyəti adlandırıram”

Jalə Əliyeva: “Mərhumun atasının bu hadisəni siyasiləşdirənlərə çağırış etməsini vətəndaş məsuliyyəti adlandırıram”

"Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirən bir insanın bu şəkildə vəfat etməsini istəməzdik". Bu fikri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva Qarabağ qazisi Zaur Həsənovun vəfat etməsinə və onun vəfatını siyasiləşdirməyə cəhd edənlərin aksiya çağırışları etmələrinə münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, bu heç də arzuedilən hal deyil: "Bu məsələ birbaşa Cənab Prezidentin nəzarətinə götürüldü və Zaur Həsənovun sağlamlığın bərpası üçün müvafiq göstərişlər verildi. Dövlət tərəfindən ailəsinə yaxından köməklik göstərildi. Bütün bunlar insan amilinə verilən böyük qiymət, hər kəsə nümunə olacaq humanist bir addım idi".Mərhumun atasının bu hadisəni siyasiləşdirənlərə çağırış etməsini vətəndaş məsuliyyəti adlandıran Jalə Əliyeva onu da vurğuladı ki, belə bir kədər qarşısında atasının bəzi dairələrdəki insanlara hadisədən siyasi maraqları, divident qazanmaları üçün istifadə edilməməsi üçün müraciət etməsi onun mərdliyinin nümunəsidir: "Allahdan ailəsinə səbr, mərhuma isə rəhmət diləyirəm".

sia.az

Digər xəbərlər