PDF Oxu

Siyasət

  • 35

Zaur Həsənovun atası: Müxalifət oğlumun ölümünü siyasi şouya çevirmək istəyir

Zaur Həsənovun atası: Müxalifət oğlumun ölümünü siyasi şouya çevirmək istəyir

"Hadisəyə kənar qüvvələrin reaksiyası bizə lazım deyil. Hamı nə olduğunu bilir. Qarabağ əlilinin ölümündən istifadəyə cəhdlər edilir". Bunu SİA-nın əməkdaşə ilə söhbətində vəfat etmiş Zaur Həsənovun atası Həsən Həsənov deyib.

Mərhumun atası bildirib ki, müxalifət qüvvələri, kimliyi bəlli olmayan qruplar oğlumun ölümünü siyasi şouya çevirmək istəyirlər: "Buna qətiyyən yol vermək olmaz. Kimlərsə aranı qarışdırmaq istəyirlərsə, bunu mənim oğlumla əlaqələndirməsinlər. Biz hadisənin necə baş verdiyini onlardan yaxşı bilirik".

Qeyd edək ki, dekabrın 25-də özünə qəsd etmiş II qrup Qarabağ əlili Zaur Həsənov dünən müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

yap.org.az

Digər xəbərlər