PDF Oxu

Siyasət

  • 29

Asəf Hacıyev: Kiminsə fəlakətini siyasi motiv kimi qiymətləndirmək insanlığa yaraşmayan hərəkətdir

Asəf Hacıyev: Kiminsə fəlakətini siyasi motiv kimi qiymətləndirmək insanlığa yaraşmayan hərəkətdir

"Qarabağ qazisi Zaur Həsənovun vəfatı hər birimizi çox kədərləndirdi". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev sözügedən hadisənin müxalifət tərəfindən siyasiləşdirmək cəhdlərinə münasibət bildirərkən qeyd edib.

Müxalifət nümayəndələrinin onun vəfatının siyasiləşdirmələrinin əsassız olduğunu vurğulayan millət vəkili onu da bildirib ki, radikal düşərgə təmsilçiləri bu kimi olayları siyasi dividentlərinə yazmağa cəhd edirlər: "Cəmiyyətdə gedən bütün prosesləri müxalifət öz xeyrinə istiqamətləndirməyə çalışır. Ancaq onlar insani dəyərləri nəzərə alsalar yaxşı olar. Kiminsə fəlakətini siyasi motiv kimi qiymətləndirmək insanlığa yaraşmayan hərəkətdir. Hətta mərhum qazinin ailəsi bu hadisəni siyasiləşdirənləri bu addımlardan çəkinmələrini tövsiyə edib".

Prezident İlham Əliyevin Qarabağ əlillərinə dövlət dəstəyinin hər zaman yüksək olduğunu deyən Asəf Hacıyev qeyd edib ki, dövlət qayğısı bu gündə davam edir: "Hər bir hökümət nümayəndəsi mütəmadi olaraq onlarla görüşlər keçirdir, onların problemləri ilə yaxından tanış olur, həlli istiqamətində müvafiq addımlar atırlar. Təbii ki, bu faktorun arxasında cənab Prezidentin xüsusi tapşırığı amili dayanıb".

yap.org.az

Digər xəbərlər