PDF Oxu

Siyasət

  • 22

AVP cari ilin yekunları ilə bağlı iclas keçirib

AVP cari ilin yekunları ilə bağlı iclas keçirib

Ana Vətən Partiyası Mərkəzi Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Partiyanın mətbuat xidmtindən SİA-ya verilən xəbərə görə, iclasda 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran məsələlər müzakirə edilib.Gündəlik ətrafında çıxış edən Fəzail Ağamalı 2013-cü ildə Ana Vətən Partiyasının uğurlarından və görülən işlərdən bəhs edib. Bu işlər sırasında Ana Vətən Partiyasının VI Qurultayının keçirilməsi və qəbul olunan qərarların mühüm əhəmiyyət kəsb etməsi xüsusi vurğulanıb.Həmçinin, prezident seçkilərində partiyanın namizədi olan İlham Əliyevin bir daha respublika prezidenti seçilməsinin partiyanın həyatında mühüm hadisə olduğunu bildirilib. O, həmçinin partiyanın Qadınlar Şurasının və Gənclər Təşkilatının II konfranslarının keçirilməsinin də diqqət mərkəzində olan tədbirlərdən olduğunu qeyd edib.İclasda Partiya sədri sosial şəbəkələrdə təbliğatın daha fəal şəkildə qurulmasının, təbliğat işində Dağliq Qarabağ probleminin, indiki Ermənistan torpaqlarının əzəli Azərbaycan torpaqları olması barədə həqiqətlərin beynəlxalq aləmdə təbliğatının aparılmasının, təşkilatlanma işinin daha da gücləndirilməsinin, fəaliyyəti zəif olan təşkilatlarda işlərin yeni əsaslarla qurulmasının vacib olduğunun bildirib.İclasda 2014-cü ilin xərc smetası təsdiq edilib. Təsdiq olunan smetaya əsasan qarşıda duran vəsifələr və tədbirlər müzakirə edilib.

sia.az

Digər xəbərlər