"Regionların sosial iqtisadi inkişafına dair" Dövlət Proqramının uğurla icrası regionların bölgələrin inkişafında mühüm rol oynayıb. Bu dövlət proqramında işsizliyin aradan qaldırılması əsas məsələlərdən biri idi. Belə ki, regionlarımızda işsizliyin aradan qaldırılması ciddi addımlar atılıb, yeni müəssisələr açılıb". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, Dövlət Proqramı əsasında bölgələrimizdə elektrik enerjisinin verilməsində keyfiyyət yaxşılaşdırılıb, kənd yolları yenidən çəkilib, müasir tələblərə uyğun park və xiyabanlar salınıb.
"Birinci dövlət proqramı əsasən bölgələrin infrastruktur layihələrinin həyata keçirilməsinə həsr olunub. Bu proqram həyata keçirilməsi nəticəsində bir çox iş yerləri açılıb. İkinci dövlət proqramında isə su-kanalizasiya sisteminin qurulması, yolların çəkilməsi əsas prioritet kimi götürülüb ki, bu baxımdan böyük işlər göorülüb. Bununla bərabər yeni müəssisələrin yaradılması, iri sexlərin, kənd təsərrüfatının emalı ilə əlaqədar sənaye müəssisələrinin yaradılması, soyuducu anbarların tikilməsi məsələsi idi. Bu məsələ ilə əlaqədar olaraq təbii ki, yeni iş yerləri də yaradılıb"- deyə, V.Əhmədov qeyd edib.
yap.org.az