PDF Oxu

Siyasət

  • 33

Türkiyənin Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycana səfər edəcək

Türkiyənin Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycana səfər edəcək

Türkiyə Respublikası Silahlı Qüvvələri ali rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən gercəkləşdirilir. Səfər gələn il yanvarın 7-dən 9-dək olan müddətdə baş tutacaq. /Trend /

Bununla yanaşı, Azərbaycan-ABŞ iş planına əsasən, gələn il yanvarın 10-da Almaniyada "Qara Dəniz Rotasiya Qüvvələri-2014" təliminin Əsas planlaşdırma konfransı keçiriləcək.

Yanvarın 15-17-də Belçikanın Brüssel şəhərində hərbi məlumatların mübadiləsi üzrə "VERITY" seminarı keçiriləcək.

Yanvarın 20-dən aprelin 11-dək Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Böyük Britaniyada hərbi ingilis dili kursu təşkil olunacaq.

Gələn il yanvarın 21-23-də Almaniyada NATO-nun Siyasi və Tərəfdaşlıq Komitəsinin Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında növbəti "NATO-nun Tərəfdaşlığı - Oberammerqau Simpoziumu" keçiriləcək.

yap.org.az

Digər xəbərlər