PDF Oxu

Siyasət

  • 31

Əli Əhmədov: Bir insanın faciəsindən siyasi şou düzəltmək istəyənlər böyük səhvə yol verirlər

Əli Əhmədov: Bir insanın faciəsindən siyasi şou düzəltmək istəyənlər böyük səhvə yol verirlər

Bir insanın faciəsindən siyasi şou düzəltmək istəyənlər böyük səhvə yol verirlər. Bunu Trend-ə II qrup Qarabağ əlili Zaur Həsənovun yas mərasimində iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədovun sözlərinə görə, bu nə siyasi əxlaq çərçivəsinə, nə də insani əxlaq çərçivəsinə sığır. Buna görə də, əlbəttə, bunu pisləmək lazımdır: "Biz çox təəssüf edirik ki, belə bir faciə baş verib. Başsağlığı veririk, Allahdan səbr diləyirik. Eyni zamanda, biz hamımız birlikdə çalışmalıyıq ki, bundan kimlərsə özlərinin çirkin məqsədləri üçün istifadə etməsinlər.

Biz Qarabağ qaziləri ilə görüşdük, onlar Prezidentin ətrafındadırlar, Prezidenti, hökuməti, dövləti müdafiə edirlər və güman edirəm ki, onlar bir insanın faciəsindən kimlərinsə öz siyasi və çirkin məqsədləri üçün istifadə etməsinə imkan verməzlər".

yap.org.az

Digər xəbərlər