PDF Oxu

Siyasət

  • 38

Azərbaycanlı tələbə Türkiyədə “Qarabağ” adlı film çəkmişdir

Azərbaycanlı tələbə Türkiyədə “Qarabağ” adlı film çəkmişdir

Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alan azərbaycanlı tələbə Niyazi Səlimbəyli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Qarabağ" filminin çəkilişlərini başa çatdırmışdır.

Film universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlmişdir.

Qarabağ müharibəsindən bəhs edən 18 dəqiqəlik filmin lentə alınmasının əsas məqsədi gənclərin gözü ilə Qarabağ həqiqətlərini bir daha dünyaya çatdırmaqdır.

Filmdə baş rollarda Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk çəkilmişlər. Ekran əsərində, həmçinin Ukrayna, İraq, Şimali Kipr, Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da rol almışlar.

Film yaxın günlərdə "youtube" videoportalında da yerləşdiriləcəkdir.

Qeyd olunan linkdən ekran əsərini izləmək mümkündür:

https://docs.google.com/file/d/0B6e2nbVN6uRpUFZaRmkyc3o0QjA/edit

yap.org.az

Digər xəbərlər