"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin edib". Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, proqramların uğurla icra edilməsi Azərbaycanın bölgələrində inkişafın yeni əsaslarını yaradıb. Onun sözlərinə görə, bu prosesdə yeni infrastrukturların yaradılması da üstünlük təşkil edib.
"Ümumiyyətlə, proqrmlarda sosial və iqtisadi rifaha uyğun istiqamətlənmiş məsələlər həyata keçirilib. Turizmin, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və digər məsələlərin həlli baxımından regionların inkişafına dair proqramların əhəmiyyəti çox böyükdür. Bütövlükdə, bu proqramların uğurlu icrası əhalinin sosial rifahının yüksəlməsində vacib rol oynayır"- deyə, komitə sədrinin müavini vurğulayıb.
yap.org.az