PDF Oxu

Siyasət

  • 20

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2014-cü ilin yanvarında keçiriləcək qış sessiyasının gündəliyi açıqlanıb.Yanvarın 27-dən 31-dək davam edəcək qış sessiyasının ilk günü AŞPA sədrinin çıxışından sonra qurumun sədr və sədr müavinlərinin seçkiləri keçiriləcək, Ukraynada demokratik təsisatların vəziyyəti müzakirə olunacaq, gündəlik təsdiq ediləcək, büro və daimi komitənin hesabatları dinləniləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebestian Kurz rəhbərlik etdiyi təşkilatın ötən dövr ərzindəki fəaliyyətinə dair hesabat verəcək və sərbəst dinləmələr keçiriləcək.Yanvarın 28-də - sessiyanın ikinci iş günündə Danimarkadan və Slovakiyadan hakimlərin İnsan Haqları üzrə Avropa Məhkəməsinə seçkiləri keçiriləcək, Avropa Şurasının baş katibi T. Yaqlənd deputatlar qarşısında çıxış edəcək, Avropada tolerantsızlığa və rasizmə görə istintaqa cəlb olunmanın strategiyası ətrafında fikir mübadiləsi aparılacaq, Fələstin Dövlət Şurası ilə demokratiya sahəsində əməkdaşlıq müzakirə olunacaq.Sonrakı günlər internet və siyasət, suriyalı qaçqınların yerləşdirilməsi, iqlim dəyişikliyi, enerji müxtəlifliyinin təzahürləri, insan haqlarının pozulmasına görə beynəlxalq təşkilatların öhdəlikləri, transmilli televiziyaya dair Avropa Konvensiyasının müddəaları və digər məsələlər müzakirə ediləcək.Sessiyanın gedişində Avropa Parlamentinin sədri Martin Şuls və Avstriyanın federal kansleri Verner Faymann çıxış edəcək, deputatların suallarına cavab verəcəklər.Sessiyanın gündəliyində Azərbaycan ilə bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmayıb.

sia.az

Digər xəbərlər