PDF Oxu

Siyasət

  • 31

Aynur Sofiyeva: Dövlət komitəsi tərəfindən “Azərbaycan ailəsi Strategiyası hazırlanır

Aynur Sofiyeva: Dövlət komitəsi tərəfindən “Azərbaycan ailəsi Strategiyası hazırlanır

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən "Azərbaycan ailəsi Strategiyası", gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı, Uşaq Məcəlləsi və Milli Uşaq Strategiyası kimi sənədlərin hazırlanması nəzərdə tutulub. Bu barədə Ailə, Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib.

A.Sofiyeva qeyd edib ki, Konsepsiyaya əsasən "Ailə psixoloqu" institutunun, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzlərin və sığınacaqların, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemin yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, hal-hazırda "Azərbaycan ailəsi Strategiyası"nın ilkin variantı hazırdır.

"Sənədin geniş müzakirə olunması üçün lazımi qurumlara göndərilib və həmin qurumların rəyi alındıqdan sonra strategiya hökümətə təqdim ediləcək"- deyə, Dövlət komitəsinin sədr müavini qeyd edib.

yap.org.az

Digər xəbərlər