PDF Oxu

Siyasət

  • 30

Nazim İbrahimov: Biz son illər erməni yalanlarının ifşası istiqamətində ciddi uğurlar qazanmışıq

Nazim İbrahimov: Biz son illər erməni yalanlarının ifşası istiqamətində ciddi uğurlar qazanmışıq

"Azərbaycan diaspor təşkilatları gələn il uydurma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı dünya ölkələrində bir sıra tədbirlər keçirəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

N.İbrahimov qeyd edib ki, erməni yalanlarının ifşası istiqamətində görülən işlər növbəti ildə də davam etdiriləcək. Onun sözlərinə görə, ermənilər onlara dəstək verən dövlətlərin, qüvvələrin sayəsində müəyyən işlər görürlər.

"Amma bu, Azərbaycan, türk dünyası diasporunun zəifliyi ilə bağlı deyil. Biz son illər erməni yalanlarının ifşası istiqamətində ciddi uğurlar qazanmışıq. Heydər Əliyev Fondu, o cümlədən "Xocalıya ədalət" kampaniyası, bizim diaspor təşkilatlarımız, növbəti ildə də uğurlu nəticələr qazanmağa çalışacaq"- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər