"Azərbaycanda demokratik dövlət quruculuğu uğurla davam edir. Bu proses başa çatmaqda olan 2013-cü ildə də müsbət nəticələr verdi. Bu il ölkəmizdə şəffaf, demokratik seçkilərin keçirilməsi ölkəmizin demokratiyaya sadiqliyini bir daha nümayiş etdirdi". Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, bütövlükdə Aərbayan demokratik seçki sistemini təkmilləşdirmək məqsədilə seçki qanunvericiliyinə vacib dəyişikliklər edilib. Onun sözlərinə görə, seçki qanunvericiliyinə edilən dəyişikliklər Azərbaycanda demokratiyanın inkişafına xidmət edir.
"1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyən edib və 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Müasir dünyada demokratik seçkilərin vacib prinsiplərindən biri seçki prosesinin şəffaflığı hesab olunur. Seçkilərdəki şəffaflıq özünü exit-polların keçirilməsi, barmaqların rəngsiz mürəkkəblə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması ilə göstərir. Şəffaflığı təmin edən sadaladığım elementlərin hər biri Azərbaycan Seçki Məcəlləsində öz əksini tapıb. Bütün bunlar bir daha Azərbaycandakı seçki sisteminin demokratik, şəffaf və ədalətli olmasından xəbər verir"- deyə, komitə sədri vurğulayıb.
yap.org.az