PDF Oxu

Siyasət

  • 23

Latviya Seyminin deputatı: “Yanacağın qiymətinin bahalaşması bütün dünyada baş verən hadisədir”

Latviya Seyminin deputatı: “Yanacağın qiymətinin bahalaşması bütün dünyada baş verən hadisədir”

"Neftin qiymətinin qalxması prosesi ümumiyyətlə stabil deyil". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Boris Tilaviç son zamanlarda MDB dözlətlərində müşahidə edilən neft və yanacağın bahalaşmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, neft və yanaçağın qiyməti həmişə təxmini müəyyənləşir: "Ümumiyyətlə düşünürəm ki, yanacağın qiymətinin bahalaşması bütün dünyada baş verən hadisədir və bu amil əslində normal qarşılanmalıdır".Neftin, yanacağın, qızılın və o cümlədən pulun dəyərinin yüksəlib-düşməsini tənzimləməyin çox çətin olduğunu qeyd edən deputat bu kimi məsələlərə dərindən yanaşmamağı daha məqbul variant hesab edir: "Ona görə də, buna laqeyd yanaşmaq lazımdır. Qiymət artımı üçün bir çox faktorlar var. Bu bir tərəfdən də dünya bazarında müxtəlif oyunçuların yürütdükləri iqtisadi-siyasi gedişlərdən də asılı amildir".

sia.az

Digər xəbərlər