PDF Oxu

Siyasət

  • 27

Ümumgürcüstan katalikos patriarxı: Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlar qazanacaqdır

Ümumgürcüstan katalikos patriarxı: Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlar qazanacaqdır

Ümumgürcüstan katalikos patriarxı II İlia Yeni il münasibətilə AzərTAc-ın xüsusi müxbirinə müsahibə vermişdir.

II İlia demişdir: "Yeni il yeni arzular, yeni niyyətlər ilidir. Mən Zati-Aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Qeyd edim ki, Gürcüstan ilə Azərbaycanın münasibətləri həmişə dostluq, mehribançılıq, səmimilik köklərinə söykənmişdir. Əminəm ki, bu beləcə də davam edəcəkdir".

II İlia daha sonra demişdir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin beynəlxalq aləmdə qazandığı uğurlar bizi sevindirir və ümidvaram ki, bu nailiyyətlər daha da artacaqdır".

Sonda Ümumgürcüstan katalikos patriarxı bir daha qardaş Azərbaycan xalqını təbrik etmişdir.

yap.org.az

Digər xəbərlər