PDF Oxu

Siyasət

  • 21

Ümumgürcüstan katalikos patriarxı: Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlar qazanacaqdır

Ümumgürcüstan katalikos patriarxı: Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlar qazanacaqdır

Ümumgürcüstan katalikos patriarxı II İlya Yeni il münasibətilə AzərTAc-ın xüsusi müxbirinə müsahibə vermişdir.

II İlya demişdir: "Yeni il yeni arzular, yeni niyyətlər ilidir. Mən Zati-Aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Gürcüstan və Azərbaycan xalqlarının münasibətləri tarixən dostluq, mehribanlıq, səmimilik köklərinə söykənmişdir. Əminəm ki, dostluq münasibətlərimiz bundan sonra da davam edəcəkdir".

II İlya daha sonra demişdir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qardaş ölkənin beynəlxalq aləmdə qazandığı uğurlar bizi sevindirir və ümidvaram ki, bu nailiyyətlər daha da artacaqdır".

Sonda Ümumgürcüstan katalikos patriarxı bir daha qardaş Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etmişdir.

AzərTAc

Digər xəbərlər