PDF Oxu

Siyasət

  • 8

“Ötən il 15-ə yaxın yeni Azərbaycan diaspor təşkilatı təsis olunub”

“Ötən il 15-ə yaxın yeni Azərbaycan diaspor təşkilatı təsis olunub”

"2013-cü il Azərbaycan diaspora təşkilatlarının faəliyyətində çox fəal il olub". Bu sözləri SİA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib. Onun sözlərinə görə, ötən il ölkəmizdə bir sıra böyük tədbirlər həyata keçirilib ki, onlardan biri I Cənubi Qafqaz Forumu olub: "Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə baş tutan forumda ölkə başçısı ilə yanaşı, bir çox xarici ölkələrin keçmiş prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər və 300 -dən çox ekspert iştirak edib. Forumda mədəniyyətlərarası, dinlərarası dialoq məsələləri ilə bağlı bir çox mövzular və problemlər müzakirə olunub. Eyni zamanda forum çərçivəsində bir sıra nüfuzlu qurumların dəstəyi ilə Qlobal Liderlər Alyansı adlı yeni qurum da təsis olunub".. Miraləm vurğulayıb ki, ötən il keçirilən digər böyük iyun ayında baş tutub ki, bu da Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına Üzv Ölkələrin Diaspora Təşkilatlarının I Forumudur: "Forumda 44 ölkədən 540-dan çox nümayəndə iştirak edib. Həmçinin tədbirdə Bakı Bəyənnaməsi adlı sənəd də qəbul olunub.Ötən il Azərbaycan diaspora təşkilatlarının fəaliyyətində həm də onunla yadda qaldı ki, Bakıda Dünya Azərbaycanlılarının Onlayn Forumu təşkil olundu. Dekabrın 2-də keçirilən bu forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayaraq, öz məsləhət və tövsiyyələrini verib".Ötən il ölkə diaspora təşkilatları tərəfindən ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini deyən E. Miraləm həmçinin bildirib ki, 2013-cü il dünyanın bir çox ölkələrində "Xocalı Soyqırımı", 20 Yanvar faciəsi, 31- mart soyqırımı ilə bağlı bir sıra kampaniya və tədbirlər həyata keçirilib: "Ötən il mədəniyyətimizin təbliği ilə bağlı bir sıra işlər görülüb, tədbirlər həyata keçirilib. Belə ki, 2013-cü ildə Azərbaycan diaspora təşkilatları tərəfindən mədəniyyətimizin təbliği ilə əlaqədar dünyanın müxtəlif ölkələrində 150-ə yaxın tədbir keçirilib. Diaspora təşkilatları həmçinin bir sıra ölkələrin parlamentləri, ictimai siyasi dairələri, siyasi partiyalar arasında əlaqələrin qurulması istiqamətindən fəal iş aparıblar".Şöbə müdiri onu da söyləyib ki, ötən il diaspora təşkilatları tərəfindən azərbaycanlıların hüquq və azadlıqların qorunması sahəsində də bir çox tədbirlər həyata keçirilib: "Bu cür tədbirlər daha çox Rusiyada baş tutub. Həmçinin ötən il Rusiya Azərbaycan Konqresinin nəzdində həmvətənlərimizə hüquqi yardım göstərmək məqsədilə operativ qərargah yaradılıb. Həmin qərargahda peşəkar hüquqşünaslar təmsil olunur. 2013-cü ildə dünyanın müxtəlif ölkələrində 15-ə yaxın yeni Azərbaycan diaspor təşkilatı təsis olunub. Statistikaya nəzər salsaq, ötən il dispora sahəsində gərgin il olduğunu görərik. Ümumilikdə isə 2013-cü ili komitə üçün müsbət il kimi qiymətləndirmək olar".

sia.az

Digər xəbərlər