PDF Oxu

Siyasət

  • 26

Millət vəkili: “Mübariz Qurbanlı Azərbaycan cəmiyyətində səmimi bir insan kimi tanınır”

Millət vəkili: “Mübariz Qurbanlı Azərbaycan cəmiyyətində səmimi bir insan kimi tanınır”

"Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Azərbaycan cəmiyyətində ciddi dövlətçilik mövqeyi, inkişaf modelimizin analitiklərindən biri, səmimi bir insan kimi tanınır. Onun siyasətdə bağlı olduğu prinsipiallıq, demokratiya və insan hüquqlarının qorunması yolunda fəaliyyəti onu tanıyanların hamısının rəğbətinə səbəb olur". SİA-nın məlumatına görə, bu barədə milət vəkili Aydın Mirzəzadə Milli Məclisin deputatı Mübariz Qurbanlının 60 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin ən ali mükafatlarından biri olan "Şöhrət ordeni" ilə təltif edilməsi məsələsinə münasibət bildirərkən deyib."Sadəlik, vətəndaşların problemlərinin həllinə dair çalışqanlıq Mübariz Qurbanlıya xas olan cəhətlərdəndir. O, Parlament iclaslarındakı çıxışlarında bir qayda olaraq cəmiyyətin inkişafına dair öz prinsipial və yaradıcı mövqeyini ortaya qoyur, aktual məsələlər qaldırır. Bir daha həmkarımı və dostumu ad günü və yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzu edirəm" – deyə, millət vəkili sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər