Yanvarın 15-16-da Belarusun paytaxtında MDB-yə üzv dövlətlərin həddi-büluğa çatmayanların 2002-ci il oktyabrın 7-dən daimi yaşadıqları dövlətlərə qaytarılması məsələləri üzrə əməkdaşlığı haqqında Sazişə dəyişikliklər edilməsi barəsində Protokol layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası olacaqdır.
Bu barədə Birliyin Minskdəki İcraiyyə Komitəsindən məlumat vermişlər.
Yanvarın 21-də Belarusun paytaxtında MDB-yə üzv dövlətlərin Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası keçiriləcəkdir.
Sonrakı iki gündə Birliyə üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının yaradılması haqqında Sazişə dəyişikliklər edilməsi barəsində Protokol layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası olacaqdır.
Yanvarın 29-30-da MDB-yə üzv dövlətlərin 2015-2019-cu illərdə qeyri-qanuni miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq Proqramı layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası olacaqdır.
Yanvarın 30-31-də MDB-yə üzv dövlətlərin onkoloji xəstəliklərin qarşısının alınması sahəsində birgə fəaliyyət Konsepsiyası layihəsinin tamamlanması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.
yap.org.az