"Ermənistan Rusiyanın əlaltısıdır və Gömrük İttifaqına qoşulmaqla bu "mövqeyi" bir qədər də möhkəmlənir". Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, burada faktiki olaraq Yerevanın Gömrük İttifaqına inteqrasiyasından söhbət getmir. Onun sözlərinə görə, bu sənədi imzalamaq o deməkdir ki, Ermənistan Avropaya yaxınlaşmağı yadından çıxartmalıdır.
"Mahiyyətcə hamı gözəl anlayır ki, Ermənistan Gömrük İttifaqına daxil oldu olmadı, Qazaxıstanın, Belarusun bu ölkə ilə münasibətləri genişləndirməkdə nə marağı var, nə də buna zərurət var". Bu quruma qoşulmaq sadəcə olaraq Ermənistanın boynuna kəndiri bağlayıb, onun ucunu Rusiyanın əlinə verməkdir. Bundan artıq heç nə demək olmaz"- deyə, politoloq qeyd edib.
yap.org.az