"Azərbaycana son on ildə 150 milyard dollardan çox sərmayə qoyulub". Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda əlverişli sərmayə mühiti yaradılıb. Onun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sahədə, sahibkarlığın inkişafı ilə bağlı əldə edilən uğurları yüksək qiymətləndirirlər.
"Ölkəyə qoyulan sərmayənin bir hissəsi xarici investorların payına düşür. Gələn il və sonrakı illərdə xarici sərmayədarlar Azərbaycanın informasiya texnologiyalarına, emal sənayesinin inkişafına, nano texnologiyaların inkişafına sərmayə qoyulacaq. Bu da bütövlükdə Azərbaycan iqtisadiyyatı strukturunun təkmilləşdirilməsinə xidmət edir"- deyə, komitə sədri vurğulayıb.
yap.org,az