PDF Oxu

Siyasət

  • 30

Elman Məmmədov: Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır

Elman Məmmədov: Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır

"Dövlət rəhbərliyi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarını səfərbər edib və hazırda münaqişənin həlli üçün danışıqlar aparılır. Prezident İlham Əliyevin rəhbərliyilə yürüdülən xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet yer tutur". Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, məhz dövlət başçısının elan etdiyi hücum diplomatiyası sayəsində bu istiqamətdə ciddi nəticələr əldə olunub. Onun sözlərinə görə, ötən il dünyanın bir sıra dövlətlərinin parlamentlərində, beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasətini ifşa edən qətnamələr, qərarlar qəbul edilib.

"Azərbaycanın hücum diplomatiyası nəticəsində Ermənistanın xarici siyasəti iflasa uğradılıb. 2013-cü il ərzində də Azərbaycan bu məsələdə nəinki bir addım geri çəkilməyib, əksinə mövqeyini daha da gücləndirib. Problem bundadır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, eləcə də müvafiq beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür, hətta bəzi hallarda onu himayə edirlər. Ona görə də, Ermənistan öz xarici havadarlarına güvənərək münaqişənin sülh yolu ilə həllini uzadır. Amma nəzərə almalıdır ki, Azərbaycan güclü dövlətdir, onuün güclü ordusu var və öz torpaqlarını işğaldan azad etməyə qadirdir"- deyə, E.Məmmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər