PDF Oxu

Siyasət

  • 16

Eldar Namazov: “Bu günün sabahı da var”

Eldar Namazov: “Bu günün sabahı da var”

"Biz Milli Şuranı birlikdə yaratmışıqsa, onun taleyi ilə bağlı qərarı da birlikdə qəbul etməliyik. İndi bu qurumun taleyi ilə bağlı məsləhətləşmələrimiz başlayıb, quruma daxil olan qüvvələrlə biz müzakirələrimizi aparacağıq. "EL" Hərəkatı olaraq, biz bunu müzakirə edəcəyik. Hansısa partiyanın bu qurumdan getməsinə ümumi müzakirə aparılıb qərar verilməlidir. Amma Müsavat Partiyası öz qərarı ilə bu qurumu tərk edib. Ancaq bu günün sabahı da var, heç kim bu ölkədən getmir, heç kim siyasətdən çəkilmir. Sadəcə qərarlar ümumi verilməli idi". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatının sədri Eldar Namazov bildirib."Müsavatın Milli Şuranı tərk etməsi düzgün qərardır, yoxsa yox?" sualına E.Namazov fərqli cavab verdi: "Çin siyasətçisindən soruşurlar ki, 200 il bundan əvvəl baş verən Fransa inqilabı haqqında nə deyə bilərsiz? Həmin siyasətçi cavab verir ki, bilirsiniz, bu hadisənin üstündən hələ çox az vaxt keçib".E.Namazov Milli Şuradan partiyaların ayrı-ayrılıqda qərar qəbul edərək bu qurumu tərk etməsinin düzgün olmadığını deyərək bildirdi ki, bizim bu qurumda təmsil olunan hər bir partiya ilə danışıqlar aparıb yekun qərarları verəcəyik.

sia.az

Digər xəbərlər