PDF Oxu

Siyasət

  • 17

Millət vəkili: “Bu sahədə əməkdaşlıq daha da artmalıdır”

Millət vəkili: “Bu sahədə əməkdaşlıq daha da artmalıdır”

"Amerika Birləşmiş Ştatları Azərbaycanla çox ciddi tərəfdaş və müttəfiq ölkədir və dövlətimizin Avropanın enerji təhlükəsizliyi üçün gördüyü işləri çox yüksək qiymətləndirir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycan Prezidenti İlham Əliyevi "Şahdəniz" təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı təbrik məktubunda səslənən fikirlərə münasibət bildirərkən deyib.Millət vəkili hesab edir ki, bu sahədə əməkdaşlıq daha da artmalıdır: "ABŞ Azərbaycanın enerji ilə yanaşı nəqliyyat və telekomunikasiya sahəsində həyata keçirdiyi layihələri öz strateji maraqlarına uyğun hesab etdiyinə görə, ölkəmizlə bu sahədə ciddi əməkdaşlıq edəcək və daha böyük layihələrin həyata keçirilməsinə dəstək verəcək".Xatırladaq ki, ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycan Prezidenti İlham Əliyevi "Şahdəniz" təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı təbrik edib. Məktubda 17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzi kimi vurğulanır.

sia.az

Digər xəbərlər