PDF Oxu

Siyasət

  • 20

Azərbaycan ABŞ-ın Almaniyadakı Marşall fondu nəzdində Riçard Luqarın Diplomatiya və Konqres İnstitutunun üzvü olmuşdur

Azərbaycan ABŞ-ın Almaniyadakı Marşall fondu nəzdində Riçard Luqarın Diplomatiya və Konqres İnstitutunun üzvü olmuşdur

ABŞ-ın Almaniyadakı Marşall fondu Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının nümayəndəliklərini Riçard Luqarın Diplomatiya və Konqres İnstitutun üzvlüyünə qəbul olunmaları münasibətilə təbrik etmişdir.

Senator Riçard Luqar Azərbaycanın bu institutun üzvlüyünə qəbul olunmasını alqışlayaraq demişdir: "Azərbaycan Birləşmiş Ştatların strateji müttəfiqi, kommersiya tərəfdaşı və dostudur".

O demişdir ki, səfir Emin Süleymanovun bu institutun fəaliyyətində iştirakı ABŞ ilə Azərbaycan arasında əlaqələrin güclənməsi və möhkəmlənməsi tədbirlərinə sadiqlik nümunəsidir.

ABŞ-ın Almaniyadakı Marşall fondu nəzdində Riçard Luqarın Diplomatiya və Konqres İnstitutu 2013-cü ildə yaradılmışdır. Bu institutun fəaliyyəti Vaşinqtondakı xarici diplomatik missiyalarla ABŞ Konqresi arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın genişlənməsinə yönəlmişdir. İnstitut ölkələrin qarşılıqlı maraqları ilə bağlı məsələləri müzakirə etmək üçün səfirlərin, ABŞ konqresinin üzvlərinin və ekspertlərin müntəzəm görüşlərini keçirir.

yap.org.az

Digər xəbərlər