ABŞ-ın Almaniyadakı Marşall fondu Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının nümayəndəliklərini Riçard Luqarın Diplomatiya və Konqres İnstitutun üzvlüyünə qəbul olunmaları münasibətilə təbrik edib.Senator Riçard Luqar Azərbaycanın bu institutun üzvlüyünə qəbul olunmasını alqışlayaraq deyib: "Azərbaycan Birləşmiş Ştatların strateji müttəfiqi, kommersiya tərəfdaşı və dostudur".O deyib ki, səfir Emin Süleymanovun bu institutun fəaliyyətində iştirakı ABŞ ilə Azərbaycan arasında əlaqələrin güclənməsi və möhkəmlənməsi tədbirlərinə sadiqlik nümunəsidir.ABŞ-ın Almaniyadakı Marşall fondu nəzdində Riçard Luqarın Diplomatiya və Konqres İnstitutu 2013-cü ildə yaradılıb. Bu institutun fəaliyyəti Vaşinqtondakı xarici diplomatik missiyalarla ABŞ Konqresi arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın genişlənməsinə yönəlib. İnstitut ölkələrin qarşılıqlı maraqları ilə bağlı məsələləri müzakirə etmək üçün səfirlərin, ABŞ konqresinin üzvlərinin və ekspertlərin müntəzəm görüşlərini keçirir.
sia.az