PDF Oxu

Siyasət

  • 27

Azərbaycan-Avstraliya əlaqələri müzakirə edilmişdir

Azərbaycan-Avstraliya əlaqələri müzakirə edilmişdir

Yanvarın 8-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Avstraliyanın daimi iqamətgahı Ankarada olmaqla, Azərbaycanda da akkreditə edilmiş səfiri İan Biggs ilə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Xələf Xələfov səfir İan Biggsə Azərbaycan ilə Avstraliya arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrə görə təşəkkür etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

İan Biggs səfir qismində fəaliyyətinin uğurla həyata keçirilməsi üçün Azərbaycan Hökuməti tərəfindən yaradılmış şəraitə və göstərilmiş yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə etmiş, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Digər xəbərlər