PDF Oxu

Siyasət

  • 23

Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı ötən ilin yekunları

Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı ötən ilin yekunları

Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistana qarşı mübarizənin yeni strategiya və taktikanın təməli qoyulub. SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ötən ilin yekunları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, ötən il ölkə başçısı Azərbaycan torpaqlarının geri qaytarılmasını strateji məqsəd elan edib: "Bu ilk növbədə Dağlıq Qarabağ və Ermənistandakı torpaqlara-Zəngəzur, Göyçə və İrəvana aiddir".

M. Əhmədoğlu söyləyib ki, ötən il problemin həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeləri sinusoid əyrisi üzrə dəyişib: "Rusiya ilin əvvəlində Dağlıq Qarabağ tənzimləməsi üzrə 2007-2009-cu illərin variantları arasında ortaq variant yaratmaqla məşğul idi. Az sonra ermənilərə Azərbaycan ərazilərindən qoşunları çıxarmağı, Azərbaycana isə kommunikasiyanı açmağı təklif etdi. Noyabr ayında Rusiya Ermənistana Dağlıq Qarabağ tənzimlənməsi sahəsində fəaliyyəti dayandırıb Gömrük İttifaqı istiqamətinə qoşulmaqla bağlı səyləri gücləndirməyi təklif etdi: "Dekabrda isə ATƏT-in Minsk qrupu həmsədr ölkə prezidentlərinin 2009-cu ildə ortalığa qoyduğu variantı imzalamaq üçün məqbul variant adlandırdı. ABŞ Qarabağ tənzimlənməsində sənədi imzalayacağı təqdirdə Ermənistandakı prezident seçkilərinin demokratikliyini tanımaqla bağlı S. Sarkisyanla sövdələşməyə getdi. Daha sonra Serj Sarkisyan ABŞ-ı aldatdı".

Ötən il həmçinin ABŞ Azərbaycandan silahlanmaya ayırdığı pulu Ermənistanın inkişafına xərcləməyi təklif etdi ki, bununla da o Ermənistanın mövqeyini dəstəkləmiş oldu: "Amma bu, Azərbaycana da faydalı idi. Çünki, Ermənistan ABŞ-ı yenə aldatdı".

Politoloqun fikrincə, Fransa ötən ilin birinci yarısında Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyinin dəyişməsinə inanırdı, sonradan isə aktivliyini azaltdı. M. Əhmədoğlu vurğulayıb ki, ötən il Avropa İtiifaqı və həmsədrlər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasındakı dialoqu aktuallaşdırdılar: "Region dövlətləri Dağlıq Qarabağ tənzimlənməsinə ancaq öz maraqlarınıa uyğun yanaşırdılar. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi fonunda Ermənistana regional kommunikasiyaları açması ilə bağlı təklifləri ATƏT-in Minsk qrupu tərəfindən qəbul edilmədi".

Ötən il İranın Dağlıq Qarabağla probleminin həllinə dair münasibətlərinə toxunan politoloq söyləyib ki, 2013-cü ildə İran problemin həllinə dair birbaşa əməkdaşlığı məsələsi gündəliyə gətirildi:"Ötən il həmçinin İranda Xocalı soyqırımı qeyd edilmədi. Hətta Parlamentimiz tərəfindən onlara etiraz edilsə də buna cavab vermdilər. İran ötən il Dağlıq Qarabağ tənzimlənməsinə münasibətdə Gürcüstan neytral siyasət aparıb. Onun bu siyasəti Ermənistanın xeyrinə, Azərbaycanın ziyanınadır. Gürcüstana gəldikdə isə ölkənin baş naziri Bidzina İvanişvili Azərbaycanla Ermənistanı barışdırmağa cəhdlər etməsi ilə bağlı məlumat verdi".

sia.az

Digər xəbərlər