PDF Oxu

Siyasət

  • 19

Politoloq: “Bişkek protokolu” yalnız razılaşma əldə olunduqdan sonra qüvvədən düşə bilər”

Politoloq: “Bişkek protokolu” yalnız razılaşma əldə olunduqdan sonra qüvvədən düşə bilər”

"Bildiyiniz kimi, hər bir sənədin sonunda onun hansı müddətə qədər keçərli olması göstərilir. Lakin "Bişkek protokolu"na nəzər salsaq, sənədin sonunda belə müddətin qeyd olunmadığını görə bilərik". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli cari ilin mayın 12-də sənədin müddətinin başa çatması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sənəddə münaqişə tərəfləri arasında atəşkəs rejiminin başlanması, döyüş əməliyyatlarına son qoyulması öz əksini tapıb.Sazişin müddətinin may ayında bitməsi ilə bağlı yaranan fikirlərə gəlincə isə politoloq söyləyib ki, hər 10 ildən bir sənədin müddəti ilə bağlı bu kimi yanaşmalar ortaya çıxır: "Saziş mayın 12-də qüvvəyə minib. Ona görə də hər zaman onun müddətinin məhz mayın 12-də bitməsi ilə bağlı söhbətlər yaranır. Artıq sazişdən 20 il müddət keçir. Bu il də protokolun qüvvəyə minməsinin 20 ili tamam olur. Bu səbədən də yenə bu kimi söhbətlər yaranıb. Söylədiyim kimi sənədin özündə müddətlə bağlı heç bir fakt göstərilməyib".E. Nəsirli onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əgər yekun razılaşma əldə olunarsa, protokol qüvvədən düşmüş hesab olunacaq.

sia.az

Digər xəbərlər