PDF Oxu

Siyasət

  • 18

Şəmsəddin Hacıyev: Son illər Azərbaycanda qeyri-neft sektoru neft sektoruna nisbətən xeyli artıb

Şəmsəddin Hacıyev: Son illər Azərbaycanda qeyri-neft sektoru neft sektoruna nisbətən xeyli artıb

"Son illər Azərbaycanda qeyri-neft sektoru neft sektoruna nisbətən xeyli artıb". Bu fikri Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, Azərbaycanda yoxsulluğun və işsizliyin səviyyəsi Avropanın tətbiq etdiyi meyarların səviyyəsindədir. Onun sözlərinə görə, Dövlət Neft Fondundan büdcəyə transfertlərin 2 mlrd. manat azalması yaxşı göstəricidir.

"Bu azalma büdcə gəlirlərinə təsir etməyəcək. Fondun valyuta ehtiyatları 40 mlrd. dollara çatacaq. Gələn il büdcə daxilolmalarının böyük hissəsini – 7,102 mlrd. manatı vergi daxilolmaları təşkil edəcək ki, bunun da 4,3 mlrd. manatı qeyri-neft sektorunun payına düşür. Göründüyü kimi, Azərbaycan dövlət büdcəsinin neftdən asılılığı azalacaq".

yap.org.az

Digər xəbərlər