PDF Oxu

Siyasət

  • 22

Dünyanın turizm təmsilçiləri Bakıda bir araya gələcəklər

Dünyanın turizm təmsilçiləri Bakıda bir araya gələcəklər

Cari ilin yay turizm mövsümü ərəfəsində Bakıda Qafqaz regionu turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri olan "ATİF" Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi keçiriləcəkdir.

"ATİF" sərgisi Azərbaycanda turizm sektorunun əlamətdar hadisəsi hesab olunur və hər il müxtəlif ölkələrdən çoxsaylı iştirakçı və qonaqları bir yerə toplayır.

Sərgiyə Mədəniyyət və Turizm Nazirliyi, BMT-nin Dünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) dəstək verirlər.

"ATİF-2013" sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak etmişdir.

yap.org.az

Digər xəbərlər