PDF Oxu

Siyasət

  • 24

Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov yeni vəzifəyə seçilməsi ilə bağlı rəsmi and içmişdir

Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov yeni vəzifəyə seçilməsi ilə bağlı rəsmi and içmişdir

Yanvarın 8-də Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırovun Deyton Dövlət Məktəbləri Təhsil Şurasına üzv seçilməsi ilə əlaqədar rəsmi andiçmə mərasimi keçirilmişdir. Adil Bağırov vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə dair rəsmi andın mətnini Deyton şəhər müvəkkili Cefrey Mimsə təqdim etmişdir. Adil Bağırov çıxışında ona bu səsvermə prosesində dəstək olan, inanan şəxslərə minnətdarlığını bildirmiş və böyük şərəflə xalqa xidmət edəcəyini demişdir. O, bu vəzifəyə seçilən ilk Amerika azərbaycanlısıdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, USAN-ın icraçı direktoru Adil Bağırov ötən il ABŞ-ın Ohayo ştatının Deyton şəhərində Deyton Dövlət Məktəbləri Təhsil Şurasına keçirilmiş seçkilərdə öz namizədliyini irəli sürmüşdür. Noyabrın 5-də yekunlaşan səsvermədə Adil Bağırov və digər üç namizəd seçkilərdə qalib gələrək növbəti 4 illiyə təhsil şurasına üzv seçilmişlər.

Şuranın məqsədi ictimaiyyət nümayəndələrinin və vətəndaşların təhsil prosesində fəal iştirakını təmin etməkdir.

AzərTAc

Digər xəbərlər