PDF Oxu

Siyasət

  • 24

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıtmışdır

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıtmışdır

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 32 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında yanvarın 9-da Bakıya qayıtmışdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlamışdır.

AzərTAc

Digər xəbərlər