ABŞ-da fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları 20 Yanvar faciəsi ilə bağlı Konqresə məktubgöndərmə kampaniyasına başlamışlar.
Kampaniya Amerika Azərbaycan Cəmiyyəti, Azərbaycan Amerika Şurası, Türk Amerikan Dərnəkləri Assambleyası, Türk Amerikan Dərnəkləri Federasiyası və digər diaspor təşkilatlarının təşəbbüsü ilə başlanmışdır. Elektron məktubda 20 Yanvar hadisələri haqqında məlumat verilir, ABŞ Konqresinin üzvləri və beynəlxalq media qurumları faciəsinin qurbanlarının xatirəsini anmağa çağırılır.
yap.org.az