"Razim Əmiraslanov kimdir ki, mən onun hansısa fikrinə münasibət bildirəm. Onun səviyyəsi yoxdur. O, AXCP sədri Əli Kərimli haqqında hansısa fikir söyləmə səviyyəsində olan insan deyil". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanovun "Əli Kərimli özü hakimiyyət qarşısında xidmətlərinə görə iki çağırış deputat olub" fikrinə münasibət bildirərkən söyləyib.Gözəl Bayramlı, həmçinin qeyd edib ki, Razim Əmiraslanov kimi insanlara görə jurnalistlər ona suallar ünvanlamasınlar.
sia.az