Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi və hərbçilərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi 2013-cü ildə də prioritet hədəflərdən olmuşdur.
AzərTAc xəbər verir ki, bu sözləri yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov demişdir.
S.Şərifov bildirmişdir ki, ötən il bu məqsədlə dövlət büdcəsinin faktiki xərclərinin 15 faizi (2 milyard 867 milyon manat) səviyyəsində vəsait yönəldilmişdir.
AzərTAc