PDF Oxu

Siyasət

  • 32

“Caucasus International” jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

“Caucasus International” jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyinin ortaq nəşri olan "Caucasus International" jurnalının növbəti nömrəsi dərc edilmişdir.

SAM-dan AzərTAc-a bildirilmişdir ki, jurnalın yeni nömrəsində Yaxın Şərqdəki vəziyyət və Cənubi Qafqaz regionu ilə bağlı məsələlər qiymətləndirilmişdir.

Bu nömrədə ABŞ-ın İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı yeni təyin olunmuş xüsusi nümayəndəsi Martin İndiklə müsahibə, Yaxın və Orta Şərqlə bağlı tədqiqatları ilə tanınan David Kanin, Fatma El Essavi, Maykl Stephens və başqalarının ərəb coğrafiyasında baş verən siyasi hadisələrlə bağlı yazıları yer almışdır.

Bundan başqa, jurnalda SAM-ın direktor müavini Gülşən Paşayeva, Kamal Makili-Əliyev, Fərhad Mehdiyev və İradə Bağırovanın Azərbaycandakı arxiv çalışmalarının nəticəsi olan və ilk dəfə geniş təhlil edilən Dağlıq Qarabağın Sovet İttifaqı dövründə hüquqi statusu ilə bağlı tədqiqatı yer almışdır. Bundan başqa, jurnalda SAM-ın eksperti Rauf Qaragözovun məqaləsi də dərc olunmuşdur.

Qeyd edək ki, "Caucasus International" jurnalında təkcə Qafqaz regionunda deyil, dünyada gedən qlobal proseslərin intellektual tədqiqatları yer alır.

AzərTAc

Digər xəbərlər