"Ölkə başçısının 2014-cü ili "Sənaye ili" elan etməsi həyata keçirilən məqsədyönlü, düzgün siyasətin göstəricisidir. Son 10 ildə sözügedən sahədən əldə olunan gəlirlər bilavasitə əhalinin həyat səviyyəsinin, sosial rifah halının yüksəldilməsinə xidmət edib. 2014-cü ildə də qeyri-neft sektorunda sənaye sahəsinin inkişaf etdirilməsi proqramlar əsasında uğurla həyata keçiriləcək". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrinə dair Nazirlər Kabinetinin iclasında çıxışı zamanı 2014-cü ili "Sənaye ili" elan etməsi məsələsinə münasibət bildirərkən deyib.Millət vəkili bildirib ki, 2014-cü ilin dövlət büdcəsinin əsas hissəsini qeyri-neft sektorundan gələn gəlirlərin tutması bu ilin "Sənaye ili" elan olunmasını vacib etdi.
sia.az