PDF Oxu

Siyasət

  • 31

Tahir Rzayev: “Prezident İlham Əliyev dünyada ən demokratik, səriştəli və bacarıqlı prezidentdir”

Tahir Rzayev: “Prezident İlham Əliyev dünyada ən demokratik, səriştəli və bacarıqlı prezidentdir”

"Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan "Pakistan Observer" qəzetinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi "2013-cü ilin adamı" elan etməsi hər bir azərbaycanlı üçün böyük fəxarətdir. Cənab İlham Əliyev dünya azərbaycanlılarının prezidenti olaraq bu ada layiqdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Onun sözlərinə görə, xarici dövlətlərin, beynəlxalq təşkilatların ölkə başçısına inamı, etibarı özündə bir çox xüsusiyyətləri birləşdirir: "Bu gün cənab prezidentin həyata keçirdiyi düzgün siyasət, beynəlxalq aləmdəki nüfuzu bütün dünya liderlərinə nümunə göstərilirsə bu bizim xoşbəxtliyimizdir, alqışa layiqdir. Ölkə başçısının imza atdığı bir çox qlobal layihələr sübut edir ki, Prezident İlham Əliyev dünyada ən demokratik, səriştəli və bacarıqlı prezidentdir".

sia.az

Digər xəbərlər