PDF Oxu

Siyasət

  • 28

Ermənilər danışıqlardan təbliğat vasitəsi kimi istifadə edirlər

Ermənilər danışıqlardan təbliğat vasitəsi kimi istifadə edirlər

Rasim Musabəyov: "Ermənilər iddialarından əl çəksələr, münaqişənin həlli istiqamətində irəliləyiş əldə etmək mümkündür"

"Son iki ili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün itirilmiş hesab edirəm. Çünki bu illər ərzində nəinki hər hansı bir nəticə, heç tərəflər arasında dorğru-düzgün danışıqlar belə aparılmayıb. Həmçinin bu illər tərəflər arasında sərt bəyanatlarla və cəbhə xəttində daim atəşkəsin pozulması müşahidə olunub. Bunlara baxmayaraq, 2013-cü ilin sonrlarında tərəflər arasında danışıqların yenidən bərpa olunmasını müsbət hal kimi xarakterizə etmək olar". Bu fikirləri SİA-ya Millət vəkili Rasim Musabəyov deyib.Millət vəkilinin sözlərinə görə, tərəflər arasında aparılan danışıqlardan hər hansı bir nəticənin əldə olunacağı sual altındadır: "Təcrübə göstərir ki, danışıqlar zamanı ermənilər hər hansı bir ciddi addım atmaq məqamı yetişəndə ya özləri, ya da onları himayə edən dövlətin tövsiyyəsi ilə ortalığa qəbul edilməsi mümkünsüz olan məsələ atırlar. Buna görə də aparılan danışıqlar nəticəsiz qalır".R. Musabəyov vurğulayıb ki, hazırda Ermənistanın həm iqtisadi, həm də siyasi vəziyyəti ürəkaçan deyil: "Bunu yaxşı bilən ermənilər çalışırlar ki, "Qondarma Erməni Soyqırımı"nın yüz illiyi ilə bağlı özlərini bir tərəfdən yazıq, digər tərəfdən isə sülhə meyilli olduqlarını nümayiş etdirmək üçün bu danışıqları təbliğat vasitəsi kimi istifadə edirlər. Azərbaycan isə hələlik müharibə aparmır. Ona görə də danışıqlara kifayət qədər ciddi yanaşmalı və nəticə əldə etməyə çalışmalıyıq".R. Musabəyov deyib ki, indiki mərhələdə qarşıya qoyulan əsas məsələ münaqişənin həllinə doğru irəliləyişi təmin etməkdir: "Ermənilər Dağlıq Qarabağı Azərbaycandan rəsmi şəkildə qopartmağa çalışırlar. O zaman belə bir sual ortaya çıxır. Azərbaycan torpaqlarını rəsmi şəkildə birdəfəlik ermənilərə verməlidir? Yoxsa verilməsinə yol açmalıdır? Nəzərə alınmalıdır ki, ermənilər həmin əraziləri işğal edib və nəzarətdə saxlayırlar. Ona görə də qeyd etdiyim iddialardan əl çəksələr, münaqişənin həlli istiqamətində irəliləyiş əldə etmək mümkündür. İddialarında davamlı olacaqlarsa, Azərbaycan da lazımı addımları atacaq".Yanvarın sonuna doğru Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçiriləcəyini xatırladan millət vəkili deyib ki, bu görüşdən də heç nə gözləmək lazım deyil: "Çünki xarici işlər nazirlərinin növbəti görüşü prezidentlərin görüşünə hazırlıq xarakteri daşıyır. Görüşün nəticəsində mövqelərin yaxınlaşdırılması mümkün olacaqsa, prezidentlərin görüşü təşkil olunacaq".

sia.az

Digər xəbərlər