PDF Oxu

Siyasət

  • 14

Nəcəf Novruzov: “Vüqar Həşimov yaşasaydı, hələ çox uğurlara imza ata bilərdi”

Nəcəf Novruzov: “Vüqar Həşimov yaşasaydı, hələ çox uğurlara imza ata bilərdi”

"İştirak etdiyi bütün beynəlxalq yarışlarda Azərbaycanın adını hər zaman zirvələrə ucaldan, gənc yaşlarından qrossmeystr adını qazanan, dünyanın güclü şahmatçıları arasında ilk onluğunda yer alan Azərbaycan gənci Vüqar Haşimovun vəfat etməsi xəbəri nəinki Azərbaycanın, eləcə də dünyanın bütün idman ictimaiyyətini sarsıtdı". Bu fikirləri SİA-ya Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov deyib.Onun sözlərinə görə, Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb: "Vüqar 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb ki, məhz bu qələbə sayəsində üçrəngli bayrağımız növbəti dəfə yüksəklərdə dalğalanıb. Vüqar Həşimov eyni zamanda 2011-ci ilin yanvarında 1958-ci ildən başlayaraq İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub".Nəcəf Novruzov onu da qeyd edib ki, Vüqar Həşimov yaşasaydı, hələ çox uğurlara imza ata bilərdi: "Lakin təəssüf ki, həyat o gəncə imkan vermədi ki, həm ölkəsinin, həm də özünün uğurlarını davam etdirsin. O, daima biz gənclərin, idman cəmiyyətimizin qəlbində yaşayacaq.""Ancaq onu da unutmaq olmaz ki, istər şahmat sahəsində, istərsə də digər idman növləri üzrə gənclərimiz inkişaf edir, ölkə rəhbərliyinin yaratdığı ən yüksək imkanlardan yararlanırlar" - deyə vurğulayan Nəcəf Novruzov eyni zamanda qeyd edib ki, məhz bunun nəticəsidir ki, Azərbaycan idmanı tərəqqi yolunu tutub."

sia.az

Digər xəbərlər