PDF Oxu

Siyasət

  • 20

Millət vəkili: “Ermənistan mövqeyini dəyişməzsə...”

Millət vəkili: “Ermənistan mövqeyini dəyişməzsə...”

"Azərbaycan Dağlıq Qarabağla bağlı öz mövqeyini dəfələrlə bildirib. Ölkəmizin münaqişənin həlli ilə bağlı mövqeyi artıq bütün dünya ictimaiyyətinə məlumdur". Bu sözləri SİA-ya millət vəkili Asəf Hacıyev 2014-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözlənilən dəyişiklilərdən danışarkən deyib. Millət vəkili bildirib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Ermənistandan konstruktiv addımlar gözləyir.Onun sözlərinə görə, əgər Ermənistan 2014-cü ildə də qeyri-konstrurktiv mövqe nümayiş etdirərsə, o zaman yaranamış vəziyyətdə hər bir hadisə baş verə bilər: "Ermənistan Azərbaycan ərazilərini güclə zəb edib. Belə olan halda Azərbyacanda da güc istifadə edərək öz ərazilərini qaytara bilər. O ki qaldı Azərbaycanın beynəlxalq təşkilatlara qəbul olunarkən münaqişənin sülh yoli həll olunmasına dair üzərinə götürdüyü öhdəliyinə, hesab edirəm ki, Azərbaycanın ərazi bütövülüyü beynəlxalq təşkilatlardan da yüksəkdə duran anlayışdır. Azərbaycanın öz torpaqlarını azad etməsi üçün hərbi, iqtisadi gücü çatır. Təbii ki, ölkəmizin əsas mövqeyi bundan ibarət deyil, bizim mövqeyimiz torpaqlarımızın sülh yolu ilə geri qaytarmaqdır. Lakin Ermənistan da bunu başa düşməlidir. Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Ölkəmizin bütün sahələrlə Ermənistandan üstündür. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə, ÜDM 8 dəfə, əhali sayı 6 dəfə çoxdur".Məsələnin həllində vasitəçilərin rolunda baş verəcək dəyişiklərə gəlincə A.Hacıyev vurğulayıb ki, bu il ATƏT-in Minsk qrupunun fəaliyyətində müəyyən dəyişikliklər olmalıdır: "Artıq 20 ildir ki, ATƏT-in Minsk qrupu münaqişənin həllində vasitəçilik edir. Lakin heç bir nəticə yoxdur. Azərbaycanın bugünkü inkişafı onlara bir siqnal olmalıdır. Onlar öz fəaliyyətində dəyişikliklər etməldirlər".

sia.az

Digər xəbərlər