PDF Oxu

Siyasət

  • 27

Elman Nəsirli: “Ermənistanda açıq şəkildə "ağ genosid" siyasəti baş qaldırıb”

Elman Nəsirli: “Ermənistanda açıq şəkildə "ağ genosid" siyasəti baş qaldırıb”

"Hesab edirəm ki, işğalçı ölkənin söylədikləri bu cür fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Bunların heç bir real əsası yoxdur. Məsələ ondadır ki, Azərbaycan dövləti öz haqq işini tələb edir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli ermənilərin 2023-cü ilə kimi Dağlıq Qarabağda status-kvonu saxlamaq fikirlərinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinin tərəfdarıdır: "Dövlətimiz bu mövqeyini beynəlxalq birliyə dəfələrlə çatdırıb. Amma Ermənistan tərəfi təbliğat maşınını işə salaraq hələ də yalan, iftira dolu məlumatlar yayır. İşğalçı ölkə indinin özündə də öz ənənəsinə sadiqlik nümayiş etdirir. Hesab edirəm ki, onlar 2023-cü il ifadəsində digər faktı da önə çəkiblər. Belə ki, Türkiyə dövləti 2023-cü ildə yaranmasının 100-cü ildönümünü qeyd edəcək. Qardaş ölkə 100 illiyinə çox böyük nailiyyətlərlə daxil olmaq niyyətindədir. 2023-cü ildə Türkiyə dövləti ümumi daxili məhsulu (ÜDM) 2 trilyon dollara, xarici ticarəti isə 500 milyard dollara çatdırmaq hədəfini seçib. Təbii ki, bu, çox nəhəng göstəricilərdir. Hesab edirəm ki, Ermənistan tərəfi məhz bu xofun təsiri altında sərsəm bəyanatlar verir. Ermənistan tərəfi yaddından çıxarmasın ki, rəsmi Bakı neftdən gələn gəlirləri özünün qeyri-neft sektorunun inkişafına sərf edir. Hər il Azərbaycanda qeyri-neft sektorunun inkişafı 11 faizdən artıq olur. İşğalçı ölkə gərək bunları unutmasın. Məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyev 2014-cü ili "Sənaye ili" elan edib. Bununla da Azərbaycanda nəhəng sənaye quruculuğu prosesinə təkan veriləcək. Eyni zamanda 40-a yaxın zavod-fabrik, müəssisələrin və s. tikintisi planlaşdırılır. Təbii ki, bütün bunların hər biri Ermənistanda vahimə yaradır".Suriyadan gələn ermənilərin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi məsələsinə gəlincə Elman Nəsirli deyib ki, bu gün işğalçı ölkədə açıq şəkildə "ağ genosid" siyasəti baş qaldırıb: "Hətta bunu erməni ziyalıları da etiraf ediblər. Təbii ki, belə olan təqdirdə Ermənistan tərəfi ölkəni tərk edən insanların əvəzinə Suriyadan qaçqın düşən erməniləri Dağlıq Qarabağ ərazisinə cəlb etməklə özlərini konpensasiya etməyə çalışırlar. İkincisi isə Dağlıq Qarabağ ərazisində olan insanlar artıq orada yaşamaq istəmirlər. Çünki onlar çox gözəl dərk edirlər ki, günü-gündən güclənən Azərbaycan hər an hərbi yolla, öz torpaqlarını geri qaytara bilər. Hesab edirəm ki, bunların hər biri müvəqqəti addımlardır".

sia.az

Digər xəbərlər