PDF Oxu

Siyasət

  • 40

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8 faiz artmışdır

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8 faiz artmışdır

Ötən 2013-cü il ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 18,8 faiz artaraq 17 min 98 nəfərə yüksəlmişdir.

Fondun mətbuat xidmətindən bildirmişlər ki, hesabat dövründə Fond tərəfindən əlavə olaraq 3222 nəfər əcnəbi vətəndaş qeydiyyata alınmışdır.

Cari ilin yanvarın 1-i tarixinə olan statistikaya əsasən, əcnəbilərin 89,8 faizini kişilər, 10,2 faizini isə qadınlar təşkil edir. Ümumilikdə 100 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Belə ki, hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9848 nəfərini Türkiyə vətəndaşları, 1881 nəfərini Gürcüstan vətəndaşları, 904 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir.

yap.org.az

Digər xəbərlər