PDF Oxu

Siyasət

  • 18

Akif Əli: "Nazirlər Kabineti artıq 4 aydır ki, bu sistemlə çalışır"

Akif Əli: "Nazirlər Kabineti artıq 4 aydır ki, bu sistemlə çalışır"

"Nazirlər Kabinetinin işçilərinə android və smartfon tipli telefonlarla binaya daxil olmaq qadağan olunub". Bu barədə SİA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib.Belə bir təklifin Nazirlər Kabinetinin mühafizə xidməti tərəfindən irəli sürüldüyünü deyən A. Əlinin sözlərinə görə, NK-i artıq 4 aya yaxındır ki, bu sistemlə fəaliyyət göstərir: "Belə bir sistemə keçidlə bağlı təklif Nazirlər Kabinetin mühafizə xidməti tərəfindən irəli sürülüb və təklif hökumət üzvləri tərəfindən normal qarşılanıb. Nazirlər Kabinetinin aparatında bütün əməkdaşlar bu qaydaya riayət edir. Bu qərar dövlət sirrinin qorunması, dövlət mənafeyi, təhlükəsizliyinə xidmət edir".Mətbuat xidmətinin rəhbəri həmçinin bildirib ki, qurumun əməkdaşları telefon danışıqları üçün sadə mobil telefonlardan istifadə edirlər: "Nazirlər Kabinetində əməkdaşların istifadəsi üçün bütün lazımi texniki şərait yaradılıb. Buna görə, iş daxilində android və smartfon tipli telefonlardan istifadəyə ehtiyac qalmır".

sia.az

Digər xəbərlər