"Yeni Azərbaycan Partiyası (YAP) bütövlükdə seçkiyə hazırlıqlı olan bir partiyadır. İstənilən vaxt keçirilən seçkilərdə YAP öz potensialı ilə iştirak edir və uğur qazanır. Bunun başlıca səbəbi partiyanın Ümummilli Lider Heydər Əliyev ideyalarına söykənməsidir". Bu fikirləri SİA-ya YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu il ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə partiyanın hazırlıq səviyyəsinə münasibətini bildirərkən deyib.YAP rəsmisi qeyd edib ki, hazırda hakim partiya Prezident İlham Əliyevin Sədrliyi ilə bir çox uğurlara imza atmaqdadır: "YAP Azərbaycanın aparıcı insanlarını öz ətrafında birləşdirməyə qadir partiya olmaqla hər zaman ümummilli maraqları üstün tutur. Həm dövlət səviyyəsində, həm siyasi sistemdə partiyamızın uğurlu fəaliyyəti göz önündədir".Mübariz Qurbanlı onu da vurğulayıb ki, 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqlarımız başlayıb: "İnanırıq ki, bu seçkilərdə də bizim namizədlərimiz qalibiyyət qazanacaq. Çünki buna bizim həm gücümüz, həm də imkanımız çatır"
sia.az